Mehriban Əliyeva yenidən AGF prezidenti seçilib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dekabrın 24-də yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində, həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcraiyyə Komitəsinə üzv seçiliblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right