"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Newsport.az-a müsahibə verib. O,"Tottenhem"lə görüş barədə fikirlərini bildirib:
- Erkən qolla hesabı açsaz da, sonradan üç qol buraxaraq məğlub olduz. Matçla bağlı düşüncələrin necədi?
- Oyun bizim üçün çox yaxşı başladı. Yaxşı da müdafiə olunurduq. "Tottenhem"ə qapımıza zərbə endirməyə imkan vermirdik. Sadəcə küncdən zərbə zamanı böyük səhvə yol verdik. Ardınca da ikinci qol vuruldu. Bizim də hesabı bərabərləşdirmək üçün yaxşı imkanlarımız var idi. Bu elə oyun idi ki, qalib də gələ bilərdik, 4 top fərqilə uduza da bilərdik.
- İngilis klublarına qarşı ilk dəfə idi oynayırdıq. Britaniyalılarla oynasaq da, ingilis klubları ilə ilk görüşümüz idi. Hansı fərqləri gördüz?
- Yüksək səviyyəli komanda idi “Tottenhem”. Sürətli də hücumları olurdu.
- Qrupdakı ikinci görüş “Anderlext”lə olacaq. Bu matçdan nə gözləyə bilərik “Qarabağ”dan?
- "Anderlext” zəif komanda deyil. Bütün rəqiblərimiz də futbol oynamağı xoşlayır. Oyun hər şeyi göstərəcək. “Anderlext” “Monako”ya qarşı yaxşı oynayıb.
- Yeri gəlmişkən, “Tottenhem” üçüncü qolu vurmamışdan öncə yerə yıxıldın. Nə baş vermişdi orada?
- Topu Alledən aldıqdan sonra o, məni öz butsu ilə vurdu. Məhz bundan sonra ötürmə etmək istəsəm də, ayağım ağradığına görə edə bilmədim.
Həsənov Mərdan.London