Münhenin "Bavariya" klubu Fransa millisinin hücumameyilli yarımmüdafiəçisi Maykl Olise ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
Newsport.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.
Bildirilir ki, "Bavariya" Oliseyə illik 25 milyon avro maaşla 2032-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə təklif edir. Fransalı futbolçunun özü isə müqaviləyə 200 milyon avro məbləğində sərbəstqalma bəndinin daxil edilməsini tələb edir.
24 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Əgər "Bavariya" Olise ilə yeni sözləşmə barədə razılığa gələ bilməsə, vəziyyətə "Real" və "Liverpul" klubları müdaxilə etməyə hazırdır.
Cari mövsümdə Olisenin aktivində "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 7 oyunda 8 qol və 4 məhsuldar ötürmə var. Fransalı oyunçunun bazar dəyəri 170 milyon avro qiymətləndirilir.