Millimiz Kosovoya uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, millimiz Kosovonun U-17 yığması ilə qarşılaşıb. Görüş Kosovo komandasının 8:3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində qolları 7-ci dəqiqədə Sabina Şarafxanova, 45-ci dəqiqədə Sara Səlimli, 59-cu dəqiqədə isə Suel Polikarpova vurublar.

Qeyd edək ki, U-17 millimiz (qızlar) seçmə mərhələdə növbəti oyununu oktyabrın 4-də Albaniya yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right