Montellanın istefaya göndərilməməsinin əsl səbəbi nədir?

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montellanın müqaviləsinə xitam veriləcəyi təqdirdə təzminatı baha başa gələ bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.

Bildirilir ki, doğma meydanda İtaliyaya 4:1 hesabı ilə uduzan və tribunaların istefa tələb etdiyi italyan mütəxəssisin vəzifəsinə normalda dərhal son verilməli idi. Xüsusilə dünya çempionatında yaşanan uğursuzluqdan sonra Millətlər Liqası da fəlakətə çevrilincə, Vinçenso Montellanın vəzifəsində qalması sürpriz olub. İtaliyalılar belə bu vəziyyətə təəccübləniblər.

İtaliya matçından sonra mətbuat nümayəndəsinin "Bolonyada olacaqsan?" sualına Montella sadəcə gülüşlə cavab verib.

Bəs Montella niyə istefaya göndərilmir? Çünki onun 31 iyul 2028-ci ilə qədər müqaviləsi var və göndəriləcəyi təqdirdə 5 milyon avro təzminat alacaq.

Türkiyə Futbol Federasiyası müqaviləni ləğv edərsə, yerdə qalan müddət və maaş hesabına görə təxminən 5 milyon avronu aşan təzminat ödəməlidir. Lakin Montella öz istəyi ilə istefa verərsə, təzminat ödənilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right