"Yuventus" braziliyalı hücumçu üçün hərəkətə keçdi

"Yuventus" yeni forvard axtarışına çıxıb.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi “Flamenqo”nun və Braziliya millisinin hücumçusu Pedro üçün hərəkətə keçib.

"Trabzonspor” və “Ayaks”ın da heyətinə qatmaq istədiyi Pedronun hansı qərarı verəcəyi hələ ki bəlli deyil. “Fluminense”nin yetirməsi və sabiq futbolçusu vaxtı ilə İtaliyada legioner həyatı yaşayıb.

O, “Fiorentina”da oynayıb. Pedronun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right