“Fənərbağça” “Turan Tovuz”la oyunda 17 yaşlı hücumçuya şans verəcək

Milli komandaların oyunları ilə yaranan fasilədən istifadə edən “Turan Tovuz” oktyabrın 3-də Türkiyə nəhəngi “Fənərbağça” ilə dostluq matçı keçirəcək.

Newsport.az xəbər verir ki, 32 ildən sonra komandalar arasında keçiriləcək görüşə İstanbul təmsilçisi fərqli heyətlə çıxacaq.

Belə ki, baş məşqçi İsmail Kartal bəzi oyunçulara ilk dəfə “Fənərbağça” forması geyinmək imkanı yaradacaq. Əsas diqqətçəkən məqam klubun gələcək vəd edən hücumçusu Alaettin Ekicidir. Çalışdırıcı 17 yaşlı forvardı “Turan Tovuz”la qarşılaşmada sınaqdan keçirəcək. Ekici özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə Superliqa oyunları üçün də sifariş olunacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” oyunu oktyabrın 3-də saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right