"Real"ın baş məşqçisi Joze Mourinyo Portuqaliya milli komandasında hücumçu Kriştiano Ronaldo ətrafında yaşanan vəziyyətə münasibət bildirib.
Newsport.az xəbər verir ki, bu barədə "O Qlobo" nəşri məlumat yayıb.
Mourinyo təcrübəli hücumçunun davranışları və baş məşqçi ilə münasibətləri barədə danışıb: "Kriştiano elə Kriştianodur. O, qalibdir. Onun eqosu var, çünki 20 il ərzində bu eqo ona qollar, titullar və rekordlar qazandırıb. Bu da normaldır. Amma indi o, eqosunu nəzarətdə saxlamağı öyrənməlidir. Futbol onu gözləməyəcək. Bədəni artıq əvvəlki kimi deyil. Bunu hamı bilir, onun özü də başa düşür.
Jorje Jezuş yaxşı məşqçidir. O, böyük şəxsiyyətlərlə işləməyi bacarır və onlardan çəkinmirr. Əgər o, hər hansı bir qərar qəbul edirsə, deməli, bunun fərdi futbolçunun imicinə yox, komandanın xeyrinə olacağını düşünür".
Qeyd edək ki, Ronaldonun baş məşqçi Jorje Jezuşla aralarında heç bir münaqişənin olmadığı barədə bəyanatlarına baxmayaraq, yığmanın düşərgəsini tərk edib. Onun milli komandadakı karyerasını başa vurmaq niyyətində olduğunu bildirilir.