"Qəbələ" Respublika stadionuna köçür!

Bu gün Avropa Liqasının "pley off” mərhələsi çərçivəsaində  "Bakcell Arena”da keçiriləcək "Qəbələ” – "Panatinaikos” oyunundan bir neçə gün sonra "Bakcell Aarena” təmirə bağlanacaq.

Newsport.az-ın məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirləcək Azərbaycan – Xorvatiya  oyunu "Bakcell Arena”nın təmirə bağlanmasına səbəb olub. Təmirdə əsasən qazonun keyfiyyətinə önəm verəcək.
Arenanın təmirə bağlanması isə "Qəbələ”nin planlarında dəyişklik edəcək. Belə ki, Avroliqalada ev oyunlarını bu arenada keçirən "Qəbələ” Yunanıstan klubu keçərsə yeni məkan  axtarmalı olacaq. Çox güman ki, "Qəbələ” də "Qarabağ” kimi ev oyunlarını məhz Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right