Millimiz Riqaya gedəcək

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə çıxış edəcək.

Newsport.az-ın məlumatına görə,yığmamız Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq "Baltic Cup” turnirində qüvvəsini çıxacaq.
 
Yığmamız turnirdə meydan sahibləri, həmçinin Litva və Estoniya ilə mübarizə aparacaq.
 
21 avqust
13:00. Litva – Azərbaycan
 
22 avqust
20:00. Latviya – Azərbaycan
 
23 avqust
13:00. Estoniya – Azərbaycan
 
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right