Elmar Baxşıyev texniki zonadan kənarlaşdırıldı

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda hazırda davam edən "Neftçi" ilə matçda texniki zonadan kənarlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, dördüncü hakim Səbuhi Bayramovun işarəsindən sonra görüşün baş hakimi İnqilab Məmmədov çalışdırıcıya əvvəlcə sarı vərəqə göstərib. Ancaq baş məşqçinin etirazının davam etməsindən sonra o, qırmızı vərəqə ilə cəzalandırılıb və texniki zonadan uzaqlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right