"Sözünü çəkinmədən hər yerdə ucadan deyən bir kişi idi"

Millimizin sabiq qapıçısı Kamran Ağayevin atası Adil Ağayevin koronavirusdan vəfat edib.

Newsport.az-ın məlumatına görə, tanınmış idman jurnalisti İlkin Fikrətoğlu “facebook” sosial şəbəkəsində onunla bağlı fikirlərini bölüşüb:

“Mən onu Dəvəçidə əvvəl bir idman müəllimi, sonra rayonun tarixində yeganə peşəkar futbol klubunun baş məşqçisi, daha sonra Kamran Ağayevin atası kimi tanıdım. Bunlar öz yerində. Amma Adil Ağayev əsil təəssübkeş, rayonunun, el-obasının qeyrətini çəkən, sözünü çəkinmədən hər yerdə ucadan deyən bir kişi idi.

Mən son parlament seçkisində bunun əyani şahidi oldum. Vəzifəyə, pula görə Şabranda qohumluğu, həmkəndliliyi, illərlə kəsdiyi çörəyi, şərəfini satan bəzi "çaqqallar"dan fərqli olaraq Adil kişi əyilmədi, sınmadı, çəkinmədi. Heyff, sizinlə birgə planlarımız vardı, Adil dayı. Allah sənə rəhmət eləsin. Mərd və təəssübkeş şabranlılar üçün sən həmişə yaşayacaqsan....”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right