Samir Abasov 5 oyunluq cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

 
Newsport.az-ın məlumatına görə, tədbirdə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları, eləcə də Topaz Premyer Liqanın 24-cü turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

 Azərbaycan kubokunun 1/4 mərhələsinin "Rəvan” – "İnter” matçında "İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      

 
Azərbaycan kubokunun 1/4 mərhələsinin "Xəzər Lənkəran” – "Neftçi” matçının 1-ci hissəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimələnib.
 
Azərbaycan kubokunun 1/4 mərhələsinin "Qarabağ” – "Sumqayıt” matçı başa çatdıqdan sonra "Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 5000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXIV turunun "Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.  

Azərbaycan Premyer Liqasının XXIV turunun "Neftçi” – "Qəbələ” matçının 80-cı dəqiqəsində "Neftçi” klubunun 3 nömrəli futbolçusu Jario Rodriges kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right