“Mançester Siti”dən alınan medalı qəbul etmək mənə narahatlıq verər” Ueyn Runi

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi “Mançester Siti”yə qarşı sanksiya tətbiq olunacağı təqdirdə, yeni mükafat almaq istəmədiyini bildirib.

Newsport.az “Goal”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş hücumçu 2011/12 mövsümünün Premyer Liqa çempionluğu ilə bağlı danışıb:

“Rio Ferdinand (“Mançester Yunayted”in sabiq müdafiəçisi) Premyer Liqa medalının ona verilməsini tələb edirdi. Amma mən onu belə yolla almaq istəmirəm. Düşünmürəm ki, 2011/12 mövsümündə qızıl medala layiq idik. “Mançester Yunayted” kifayət qədər yaxşı iş görmədi.

Klub sahiblərinin qayda pozuntularına görə onların çempionluqdan məhrum edilməsi lazımdırmı? Məncə, bəli. Amma bu medalı qəbul etmək mənə narahatlıq verər”.

Daha əvvəl xüsusi komissiyanın “Mançester Siti”nin 115 maliyyə ittihamının 114-də qaydaları pozduğunu müəyyən etdiyi barədə məlumat yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right