Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas Azərbaycan milli komandasına qarşı keçirdikləri matçdan sonra fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, mütəxəssis D Liqasının 2-ci qrupunun 1:1 hesabıyla bitmiş oyununu belə dəyərləndirib:
“Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, istədiklərinizi meydanda tam icra edə bilmədik. Əlverişli epizodları dəyərləndirə bilmədik. Amma uduzmamaq da önəmlidir.
Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu baxımdan Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür. Səfər görüşündən əlverişli nəticə ilə ayrılmağa çalışacağıq”.
Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.