Modriç ispan azarkeşlərə belə təşəkkür etdi

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç ispaniyalı azarkeşlərin ona göstərdiyi isti münasibətə görə təşəkkür edib.

UEFA Millətlər Liqasının dünən Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda keçirilən oyununda Xorvatiya yığması ispanlara 1:4 hesabı ilə uduzub.

41 yaşlı Modriç qarşılaşmanın sonlarında meydana daxil olub. Vaxtilə 13 il formasını geyindiyi “Real”ın sabiq futbolçusu yerli azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Newsport.az xəbər verir ki, xorvatiyalı futbolçu matçdan sonra sosial şəbəkə hesabında paylaşım edərək, ispanlara təşəkkürünü bildirib:

“Çox sağ olun, İspaniya”.

Modriç 2025-ci ildən İtaliyada “Milan”ın formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right