Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarılıb

"Beşiktaş" klubunun futbolçusu Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarılıb.

Newsport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ayaq barmağındakı ağrılar səbəbindən düşərgəni tərk edib. O, klubunda müalicə olunacaq.

Xatırladaq ki, Türkiyə millisi UEFA Millətlər Liqasında oktyabrın 2-də Belçika, 5-də isə İtaliya ilə üz-üzə gələcək. Komanda daha əvvəl Fransa (0:1) və İtaliyaya (1:4) uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right