"Zirə"nin legionerləri milli komandalarının qələbələrinə töhfə veriblər

"Zirə"nin futbolçuları milli komandalarının heyətində növbəti oyunlarını keçiriblər.

Newsport.az-ın məlumatına görə, Rikardo Martins Mozambik yığmasının heyətində Sudana qarşı matçda iştirak edib.

O, 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada qol və məhsuldar ötürmə müəllifi olub.

Ange Mutsinzi isə Ruanda millisinin heyətində səfərdə Kabo Verde ilə görüşdə meydana çıxıb. Müdafiəçi komandasının 2:1 hesablı qələbəsində bir məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right