Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin komandaya daha tez qoşulacağı təqdirdə meydana çıxmasına hazır olduğunu bildirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter Mayami”nin 39 yaşlı hücumçusunun oktyabrın 4-də Argentina millisinin düşərgəsinə qoşulması gözlənilir.
Skaloni isə Messinin istəsə, komandaya daha tez qoşularaq növbəti oyunda iştirak edə biləcəyini deyib:
“Messi bazar günü, Burkina Faso ilə oyundan sonra gələcək. Amma istəsə, daha tez gəlib 6-cı gün keçiriləcək matçda oynaya bilər”.
Qeyd edək ki, Argentina millisi bu gecə saat 03:00-da Boliviya ilə yoxlama oyunu keçirəcək.