Azərbaycan klubları EFC-nin Baş Assambleyasında

Avropa Futbol Klublarının (EFC) 33-cü Baş Assambleyası keçirilib.
 
Newsport.az xəbər verir ki, tədbirdə quruma üzv olan Azərbaycan klublarının nümayəndələri də iştirak ediblər.
 
Assambleyada Azərbaycanı “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt”, “Şəfa” və “İmişli” klublarının rəsmiləri təmsil ediblər. “Araz-Naxçıvan” isə üzrlü səbəbdən tədbirə qatılmayıb.
 
Tədbirdə EFC prezidenti Nassir Əl-Xelaifi və UEFA prezidenti Aleksander Çeferin də iştirak ediblər.
 
Qeyd edək ki, 900-dən çox klubu birləşdirən EFC Avropa peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdır. Qurumun İcraiyyə Komitəsinin üzvləri arasında “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov da yer alır.
 
Baş Assambleyada Avropa klub futbolunun aktual məsələləri, klubların maraqlarının qorunması və beynəlxalq futbol qurumları ilə əməkdaşlıq mövzuları müzakirə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right