“Sabahın Ulduzları” Bakı Kubokunda U-14 və U-15 liqasının bürünc medalçıları bəlli olub.
Newsport.az xəbər verir ki, 3-cü yer uğrunda görüşlərdə "Ulduz" "Neftçi"ni, "Qarabağ" isə EFA-nı məğlub edərək medalçılar sırasına düşüb.
29 sentyabr
3-cü yer uğrunda oyunlar
U-14
“Neftçi” – “Ulduz” - 2:4
Qollar: Bəxtiyar Bayramlı (46), Adil Şabanov (60)// Hünər Səmədli (6, 10,19), Said Statema (69)
Baş hakim: Fərid Quliyev
U-15
“Qarabağ” – EFA 3:3 (Penaltilər - 6:5)
Qollar: Əli Məmmədzadə (2), Raul Hüseynli (47), Məhəmməd Bağırov (99) // Ömər Osmanlı (41), Hüseyn Novruzlu (55), Şahin Qasımzadə (101).
Baş hakim: Emin Abdullayev
Qeyd edək ki, sentyabrın 30-da hər iki yaş qrupunun final oyunları heçiriləcək. U-14-də "Qarabağ" "Sabah"la, U-15-də isə "Neftçi" "Ulduz"la qarşılaşacaq.