"Fənərbaxça"da qış transfer dövrü üçün işlər sürətlənərkən, "sarı-lacivərdlilər"in rəhbərliyi yarımmüdafiəni gücləndirməyə diqqət yetirib.
Newsport.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
"Korintians"da çıxış edən 20 yaşlı braziliyalı mərkəz yarımmüdafiəçisi Andre "Fənərbaxça"nın transfer siyahısında yer alıb.
"Fənərbaxça" rəhbərliyi, transfer komitəsi və texniki heyətlə aparılan müzakirələr istiqamətində dövrələr arasında heyətə qatılması planlaşdırılan oyunçular üçün işlərini davam etdirir.
"Sarı-lacivərdlilər" xüsusilə yarımmüdafiə bölgəsinə diqqət yetirərkən, fərqli profillərdəki futbolçuları izləyərək hesabat hazırlamağa davam edir.
Skaunt komandasının həm 8 nömrə mövqeyində bələdçilik edə bilən, həm də ehtiyac olduqda 10 nömrədə oynaya biləcək oyunçular üzərində dayandığı qeyd edilib.
Bu çərçivədə "Korintians" forması geyinən Andre üçün görüşlərin başladığı bildirilir.
"Fənərbaxça"nı izləmə siyahısında həmçinin "Auqsburq"da oynayan Mərt Kömür və "Əl-Hilal"ın gənc ulduzu Saymon Buabrenin də olduğu ifadə edilib.