"Zirə"nin legionerləri milli komandalarının heyətində növbəti oyunlarını keçiriblər.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Guima Mozambik millisinin heyətində Sudana qarşı keçirilən matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Mozambik millisi rəqibini 4:1 hesabı ilə məğlub edib.
Anje Mutsinzi isə Ruanda millisinin heyətində səfərdə Kabo Verde ilə qarşılaşıb. Futbolçu komandasının 2:1 hesablı qələbəsində 1 məhsuldar ötürmə ilə fərqlənib.