“Komo”nun müdafiəçisi Jakobo Ramon “Real”a mümkün qayıdışı barədə danışıb.
Madrid təmsilçisinin Ramonla maraqlandığı və onu Antonio Rüdigerə alternativ olaraq transfer etmək istədiyi barədə məlumat yayılıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu isə hazırda “Komo”da xoşbəxt olduğunu və başqa heç nə barədə düşünmədiyini bildirib:
“Bir söz deyə bilərəm: “Komo”da çox, çox xoşbəxtəm. Mövsüm yenicə başlayıb və hazırda başqa heç nə barədə düşünmürəm”.
“Real” Ramonun transferini 2025-ci ilin yayında, 2,5 milyon avro qarşılığında “Komo”ya rəsmiləşdirib. Hazırda “transfermarkt” portalı ispaniyalı oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.
Ramon bu mövsüm bütün turnirlərdə 6 oyunda iştirak edib və 1 qola imza atıb. Onun “Komo” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.