”Real”ın sabiq futbolçusu Məsut Özil, Kriştiano Ronaldo ilə birlikdə Madrid klubunda çıxış etdiyi dövrü xatırlayıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya millisinin sabiq futbolçusu bunu deyib:
“Ronaldo son dərəcə intizamlı və özünə böyük inamı olan bir insandır. Məhz bu iki keyfiyyət ona bugünkü uğurlarına çatmağa kömək edib. O, meydanda məni mükəmməl başa düşürdü və “Real”da onunla birlikdə oynamaq çox xoş idi. Mən ona daim ötürmələr edirdim, o isə onları asanlıqla qola çevirirdi”.
Özil 2010-2013-cü illərdə “Real”ın formasını geyinib və 2023-cü ildə futbolçu karyerasını başa vurub. Ronaldo isə 2009-2018-ci illərdə Madrid klubunda çıxış edib. O, hazırda karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirir.