"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi

"Mançester Siti" akademiyasının yetirməsi Kortni Mappen-Uolter vəfat edib.

Newsport.az xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

32 yaşlı futbolçunun ölüm səbəbi və şəraiti barədə məlumat verilməyib.

“Mançester Siti” akademiyasının yetirməsi olan futbolçu vaxtilə İngiltərə U-18 millisinin kapitanı olub. O, iki dəfə Çempionlar Liqası oyunları üçün "Mançester Siti"nin əsas komandasına cəlb edilib, lakin meydana çıxmayıb.

Mappen-Uolterin karyerası 2013-cü ildə, 18 yaşında törətdiyi ölümcül yol qəzasından sonra yarıda qalıb. O, hadisəyə görə 16 ay müddətinə həbs edilib. Azadlığa çıxdıqdan sonra aşağı liqa klublarında çıxış edən futbolçu son olaraq “Beri”də oynayıb və 2025-ci ilin yayından peşəkar müqaviləsi olmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right