“Sabah”ın futbolçusu Coy-Lens Mikels Ruanda yığmasında növbəti oyuna çıxıb.
Newsport.az xəbər verir ki, onun komandası Afrika Millətlər Kubokunun 2-ci turunda Kabo Verde ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Mikels bu görüşdə start heyətdə meydana çıxıb. O, 52-ci dəqiqədə komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub. Hücumçu 90+3-də əvəzlənib.
“Zirə”də çıxış edən Ange Mutsinzi də Ruanda millisində start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Coy-Lens Mikels bir neçə gün əvvəl Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liberiyaya qarşı oyunda Ruanda millisində debüt edib və 1 qol vurmağı bacarıb.