Premyer Liqanın XI turunda səfərdə "Rəvan”la qarşılaşan "Xəzər Lənkəran” matçdan qələbə ilə ayrılsa da, əsas futbolçularından olan Adrian Skarlatakeni itirməsinə üzülmüşdü.
Newsport.az-ın məlumatına görə, rumıniyalı müdafiəçi zədələndiyindən ilk hissənin gedişində əvəzlənmişdi.
Tibbi müayinədən keçdikdən sonra müdafiəçinin zədəsinin ciddi olduğu xəbər verilmişdi. Hətta Skarlanın sol ayaq arxa diz bağlarının qopduğu və bu səbəbdən onun azı 2 ay yaşıl meydanlardan kənar qalacağını söylənilirdi. Zədənin ciddiliyi əməliyyat söhbətini ortaya salmışdı. Amma əldə etdiyimiz bilgiyə görə, Adrian cərrah bıcağı altına uzanmayacaq.
Belə ki, sol ayağındakı zədənin səviyyəsi elə də ciddi olmayan Skarlanın "kənarda qalışı” 1 ay olacaq. Artıq bu müddətin 2 həftəsi geridə qalıb. Demək o, 2 həftə sonra, yəni ayın sonunda sıraya qayıdacaq. Həkimlər əməliyyata ehtiyac duymayıb. Klub artıq Adrianın mümkün əməliyyat olunmasına hazırlaşaraq, İstanbulda klinakalardan biri ilə "görüş” almışdı.