“Qəbələ”nin forması satışa çıxarıldı

Avroliqanın qrupunda yarışan “Qəbələ” formalarını satışa çıxarıb.

Newsport.az-ın məlumatına görə klubun saytına istinadən yaydığı xəbərə görə, forma alan hər bir azarkeşə Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” - “Borussiya” oyunu üçün bilet veriləcək. Bundan başqa, ilk bileti alan şəxsə “Sarar” firmasının kostyumu və klubun futbolçularının imzaladığı forma hədiyyə ediləcək.

Formaları “Go Sport” İdman Malları Mağazasından əldə etmək mümkündür (Ünvan: Neftçilər pr. 151, Port Baku Mall, 3-cü mərtəbə).

Bundan əlavə oktyabrın 20, 21 və 22-i paytaxtın müxtəlif məkanlarında səyyar satış nöqtələri təşkil olunacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right