Azərbaycan Premyer Liqasının debütantı "Zirə" yığma komandaların matçları ilə əlaqədar yaranmış fasilədən yararlanaraq, yoxlama oyunu keçirəcək.
Newsport.az-ın məlumatına görə, Adil Şükürovun çalışdırdığı komanda Premyer Liqanın digər təmsilçisi AZAL-la qarşılaşacaq.
Oyun oktyabrın 10-da Zirə Olimpiya İdman Kompleksində keçiriləcək və saat 18:00-da start götürəcək.