Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyənin "Qaziantep" klubunda yeni müqavilə qeydə alınıb.

 

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi baş məşqçi Erol Bulutla sözləşmənin müddətini uzadıb. Məlumatı Qaziantep təmsilçisinin rəsmi saytı yayıb.

 

47 yaşlı mütəxəssis 2022/2023 mövsümünün sonunadək "qırmızı-qaralar"ı çalışdıracaq.

 

Erol Bulut 2021-ci ilin yayından "Qaziantep"in baş məşqçisidir. Komanda 36 turdan sonra 43 xal toplayıb və Super Liqada turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right