Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma keçirilib. Turun ilk oyununda “Fatik Karagümrük” “Kasımpaşa”nı qəbul edib. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.
“Rizəspor” da “Konyaspor”u məğlub yola salıb. “Göztəpə” isə “Kayserispor”la ev oyunundan məğlub ayrılıb.
Son çempion “Beşiktaş” bu dəfə “Alanyaspor”la ev oyununda darmadağına sevinib. Səfərdə “Qaziantep”lə qarşılaşan lider “Trabzonspor” isə turu 1 xalla başa vurub.
Turun mərkəzi oyunu sabah keçiriləcək. “Fənərbaxça” cari mövsümdə işləri heç də yaxşı getməyən “Qalatasaray”la üz-üzə gələcək.