AVRO-2020-də Finlandiya ilə görüşdə ürəyi dayanan və əməliyyat edildiyinə görə karyerasında pauza yarananan Kristian Eriksen futbola qayıtmağa hazırdı.
Newsport.az xəbər verir ki, Danimarka millisinin üzvü özünü hazır hiss edir və Qətərdə baş tutacaq dünya çempionatında oynamaq istəyir:
"Dünya çempionatında oynamaq istəyirəm. Geri dönməyi xəyal edirəm. Bunu edə biləcəyimə əminəm. Fiziki olaraq ən yaxşı formama qayıtmışam".
Qeyd edək ki, İtaliyanın "İnter" klubu Eriksenlə yollarını ayırıb və 29 yaşlı yarımmüdafiəçi hazırda klubsuzdur.