İtaliyanın "Roma" klubunun bir futbolçusu koronavirusa yoluxub.
Newsport.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. COVİD-19 testi pozitiv çıxan futbolçunun adını açıqlanmayıb. Həmin oyunçu karantinə alınıb.
Qeyd edək ki, "Roma" İtaliya A Seriyasının 20-ci turu çərçivəsində səfərdə "Milan"ın qonağı olacaq. Qarşılaşma 6 yanvar tarixində baş tutacaq.