Türkiyə millisinin baş məşqçisi pley-offda qarşılaşmaq istəmədiyi yığmaları açıqladı

"Potensial rəqiblərimizin hamısı güclüdür. Oyunumuzu da səfərdə keçirəcəyik".

Newsport.az məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Monteneqroya səfərdə 2:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis pley-offdakı bütün matçların çətin keçəcəyini bildirib. Almaniyalı baş məşqçi bu mərhələdə qarşılaşmaq istəmədiyi komandaların adlarını da açıqlayıb: "Mən buna nənəmin dediyi sözlərlə cavab vermək istəyirəm: "Təsir edə bilməyəcəyin şeylər haqqında çox fikirləşmə". Rəqiblərimizin hamısı çətindir, amma təbii ki, Portuqaliya və İtaliya səfərlərinə getməməyi üstün tutardım".

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il 24-25 və 28-29 martda baş tutacaq. Səpələnməmişlər səbətində yer alan "ay-ulduzlular"ın potensial rəqibləri Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç və Uels yığmaladır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right