Otelə qız çağırdılar, millidən qovuldular

19 yaşadək futbolçulardan ibarət Niderland milli komandasında İtaliyaya qarşı keçiriləcək yoxlama matçından əvvəl 5 futbolçu heyətdən çıxarılıb.
 
Newsport.az xəbər verir ki, PSJ-dən Xavi Simons, “Ayaks”dan Naci Ünüvar, Aryani Mart, Rio Hillen və “Feyenoord”dan Mimerhel Benita karantin qaydalarını pozduqları üçün heyətdən kənarlaşdırılıblar. Sözügedən futbolçular qaldıqları otelə qadın qonaqlar çağırıb və əyləniblər.
 
Bundan sonra yığmanın baş məşqçisi futbolçuları karantin qaydalarını pozmaları səbəbindən heyətdən çxarıb. Oyunçular klublarına göndərilib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right