“Arsenal” və İngiltərə milli komandasının üzvü Cek Uilşir məşqsiz qalmamaq üçün İtaliya klubunun düşərgəsinə yollanıb.
Newsport.az-ın məlumatına görə, ingilis futbolçu B seriyasında çıxış edən “Komo”nun məşqlərinə qatılıb.
Qaydalara görə Uilşir “Komo”da oynamaq üçün sifariş edilə bilməz. Hələ ki, klubsuz qalan futbolçunun karyerasını harada davam etdirəcəyi dəqiq deyil.
“Arsenal”ın 29 yaşlı sabiq üzvü “Bolton”, “Bornmut”, “Vest Hem” klublarında oynayıb.