"Liverpul"dan ayrılmaq istədiyini açıqladı

"Liverpul"un futbolçusu Xerdan Şakiri tezliklə klubunu dəyişmək istəyir.

Newsprot.az xəbər verir ki, isveçrəli yarımmüdafiəçi bu barədə "Corriere dello Sport"a açıqlamasında özü məlumat verib.

O, İtaliyanın "Latsio" klubuna keçmək istədiyini bildirib: "Liverpul" rəhbərliyinə yeni bir çağırış üçün hazır olduğumu bildirdim. Onlar haqqımda qərar verdilər. Satış imkanlarını nəzərdə keçirəcəklər. İtaliyaya qayıtmaq və "Latsio"da oynamaq istərdim".


Qeyd edək ki, 29 yaşlı futbolçu 2018-ci ildən "Liverpul"da oynayır. O, daha əvvəl "Stok Siti", "İnter", "Bavariya" və "Bazel" də çıxış edib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right