“Yuventus”un və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karyerasında qazandığı vacib kubokdan danışıb.
Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2016-cı ildə Avropa çempionatının finalında Fransaya qalib gələrək əldə etdikləri kuboku fərqləndirib: “Avro-2016 mənim üçün yaxşı başlamışdı və belə də davam edirdi. Amma finaldakı zədə məni çox məyus etdi. Matç başa çatanda xoşbəxtlikdən ağladım. Həmin oyunda 3 fərqli hiss yaşamışdım. Amma günün sonunda hiss etdiklərim inanılmaz idi. Bu, karyeram ərzində qazandığım ən vacib kubokdur”.