Mançini daha 4 il İtaliya millisində

Roberto Mançini daha 4 il İtaliya millisini çalışdıracaq.
 
Newsport.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikola Skira öz Tvitter səhifəsində məlumat verib.

O, italyan mütəxəssislə 2026-cı ilin yayına qədər müqavilə imzalanacağını qeyd edib. 56 yaşlı çalışdırıcının hazırkı sözləşməsi ilə 2022-ci ilin iyununa qədərdir.

Yeni müqaviləyə əsasən Mançininin illik 3 milyon avro maaş alacağı da bildirilib.

Qeyd edək ki, daha əvvəl "Latsio", "Fiorentina", "Zenit", "Qalatasaray" və "Mançester Siti"ni çalışdırmış mütəxəssis 2018-ci ildən İtaliya millisinə rəhbərlik edir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right