"Barselona" Messi ilə danışıqlara başladı

"Barselona" kapitanı Lionel Messi ilə müqavilənin uzadılması üçün danışıqlara başlayıb.

Newsport.az "TV 3"ə istinadən xəbər verir ki, klub prezidenti Joan Laporta argentinalı hücumçunun agenti və atası olan Xorxe Messi ilə görüşərək futbolçu ilə müqaviləni uzatmaq istədiyi barədə məlumat verib. Klub rəhbəri 33 yaşlı oyunçudan maaşda güzəştə getməsini istəyib.

Bildirilib ki, Messi xüsusi şərtlər daxilində, maaşının 50 faiz azaldılmasına razı olub. İlk növbədə oyunçu iki illik müqavilə imzalamaq istəyir. Müqavilədə Messinin MLS təmsilçisi "İnter Mayami"yə sonrakı keçidi və klubun ABŞ-dakı səfiri olması ilə bağlı bəndlərin yer alması planlaşdırılır. İspaniyaya qayıtdıqdan sonra "Qızıl Top"un altıqat sahibinin klubun idman strukturunda vəzifəsində işləməsi düşünülür.

Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi bu yay başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right