İtaliya A seriyasının 17-ci turunda "Sassuolo" ilə matçda (3:1) zədələnən "Yuventus"un futbolçusu Paulo Dibalanın son durumu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı hücumçunun sol diz bağında zədə aşkarlanıb. Argentinalı oyunçunun bərpa müddətinin təxminən 15-20 gün çəkəcəyi bildirilib.
Beləliklə, Dibala ölkə çempionatında "Milan" və İtaliya Superkubokunun finalında "Napoli" ilə görüşləri buraxacaq.