"Yuventus"un futbolçusu Aleks Sandro koronavirusa yoluxub.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin koronavirus testi müsbət çıxıb. Onun karantinə alındığı bildirilib.
Beləliklə, 29 yaşlı oyunçu A seriyasının növbəti turunda yanvarın 6-ı keçiriləcək "Milan"la görüşü buraxacaq.