Xorvatiya millisinin və “Beşiktaş”ın futbolçusu Domaqoy Vidanın koronavirus testinin nəticəsi müsbət çıxıb.
Newsport.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçidən Türkiyə ilə matçdan əvvəl götürülmüş test nümunəsi neqativ olub. O, bu səbəbdən Türkiyə ilə görüşdə meydana çıxıb.
Lakin yığmanın İsveçə qarşı keçirəcəyi növbəti matç üçün götürülən testin nəticəsi Türkiyə ilə oyunun gedişatı zamanı məlum olub və Vidada COVİD-19 aşkarlandığından o, ikinci hissədə meydana buraxılmayıb.
Həmçinin Vidadan ikinci dəfə test nümunələri götürüləcəyi və onun nəticələr çıxanadək İstanbulda karantində qalacağı bildirilib.