“Mançester Siti” doğma meydanda “Liverpul”u qəbul edib. Görüşdə qalib müəyyənləşməyib- 1:1.
“Lester” “Vulverhempton”dan üstün olub- 1:0.
“Tottenhem” səfərdə “Vest Bromviç”ə minimal hesabla qalib gəlib.
“Vest Hem” “Fulhem” üzərində 1:0 hesablı qələbə qazanıb.
Günün son qarşılaşmasında isə “Arsenal” “Aston Villa”ya 3 cavabsız qolla məğlub olub.
İngiltərə Premyer Liqası, 8-ci tur
8 noyabr
“Mançester Siti” – “Liverpul” – 1:1
Qollar: Məhəmməd Salah, 13 pen. (0:1), Qabriel Jesus, 31 (1:1)
“Lester” – “Vulverhempton” – 1:0
Qol: Ceymi Vardi, 15 pen.
“Vest Bromviç” – “Tottenhem” – 0:1
Qol: Harri Keyn, 88
“Vest Hem” – “Fulhem” - 1:0
Qol: Tomas Soukek, 90
“Arsenal” – “Aston Villa” – 0:3
Qollar: Bukayo Saka, 25 (öz qapısına, 0:1), Ollie Uatkins, 72 (0:2), 75 (0:3)