"Fənərbaxça" yeni transferini açıqlayıb.
Newsport.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"nın hücumçusu Mame Tiamı transfer edib. 27 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Seneqallı futbolçu ötən mövsüm keçirdiyi 28 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.