"O, məşq edir, məşq edir və məşq edir"

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer komandaya yeni gələn yarımmüdafiəçi Bruno Fernandeş barədə danışıb. Newsport.az xəbər verir ki, norveçli mütəxəssis yeni futbolçusundan razılıq edib:

“Ümumiyyətlə, o, çox yaxşı futbolçudur. Bir çox oyunçudan daha sürətli düşünür. Onun alışmalı olduğumuz çox keyfiyyətləri var. Davamlı çalışır, inkişaf edir. O məşq edir, məşq edir və məşq edir. Buna görə də daim hazır vəziyyətdədir".

Bruno Fernandeş yanvarda “Sportinq”dən “Mançester Yunayted”ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right