Ölkə kubokunu qazandırdı, klubdan ayrıldı

Türkiyədə növbəti baş məşqçi istefası reallaşıb.

Newsport.az-ın məlumatına görə, “Akhisar” klubu baş məşqçi Okan Burukla yollarını ayırıb. Buruk məvacibinin artırılmasını istəsə də, rəhbərlik razılaşmayıb. Bu səbəbdən də mütəxəssis klubdan ayrılıb.

Okan Burukun “Akhisar”da illik məvacibi 2 milyon lirə idi. Bu isə Türkiyə Super Liqasındakı baş məşqçilər arasında ən aşağı qazanc idi. O, komandaya son mövsümdə ölkə kubokunu qazandırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right