Türkiyə birinci liqasında növbəti oyunlar keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" klubu 4-cü turda evdə "Orduspor"la qarşılaşıb.
Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı məhz Cavid İmamerdiyev açıb. Daha iki dəfə fərqlənən Elazığ təmsilçisi görüşdən 3 xalla ayrılıb - 3:0.
Qeyd edək ki, "Elazığspor" 4 turdan sonra 4 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.