"Nottingem Forest"in müdafiəçisi "Beşiktaş"ın hədəfində

Türkiyənin "Beşiktaş" klubu qışda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Nottingen Forest"də çıxış edən Usman Diomandedir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Beşiktaş"ın baş məşqçisi Vinçentso İtalyano Fil Dişi Sahili millisinin üzvünü komandasında görmək istəyir. "Qara qartallar" yanvarda 22 yaşlı mərkəz müdafiəçisinı satınalma bəndi ilə icarəyə götürməyə çalışacaqlar.

Qeyd edək ki, "Nottingem Forest" Usman Diomandeni mövsümün əvvəlində "Sportinq"dən 40 milyon avroya transfer edib. Futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right